25 
01
24
15:09
190

Qarabağ münaqişəsi bitdi: Türkiyə Ermənistanla sərhədi açır? - Mühüm açıqlama

25, 01, 24
15:09
190

Qarabağ münaqişəsi bitdi: Türkiyə Ermənistanla sərhədi açır? - Mühüm açıqlama

Azərbaycanla Ermənistan arasında hər hansı bir nəticəli danışıq olmadıqca Türkiyə ilə Ermənistan arasında görüş olmayacaq. Türkiyə tərəfinin qərarı budur”. 


Bu sözləri Yenisabah.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor, tanınmış politoloq Toğrul İsmayıl deyib. 

Analitik İrəvanla Ankara arasında cari il ərzində münasibətlərin tənzimlənməsi ilə bağlı gözlənilən addımlardan söz açıb. 

Xatırladaq ki, 1993-cü ildə Kəlbəcərin işğal edilməsindən sonra Türkiyə Ermənistanla bütün diplomatik əlaqələrini kəsib. 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra antiterror əməliyyatlarının keçirildiyi 2023-cü ilin sentyabr ayına qədər Ankara ilə İrəvan arasında müxtəlif təmaslar həyata keçirilsə də, Türkiyə Qarabağdakı separatçı ünsürlərin bölgədən tərksilah edilməsini əsas gətirərək Ermənistanla masaya oturmayacağını bəyan etmişdi. 

Qeyd edək ki, Ermənistan Araz çayı sahilində yerləşən “Marqara” sərhəd-keçid məntəqəsinin açılması ilə əlaqədar əsaslı təmirlərin aparıldığını qeyd etsə də, hələlik tərəflər arasında yekun dialoq həyata keçirilməyib. 

Məsələyə münasibət bildirən T.İsmayıl isə aydınlaşdırıb ki, Ermənistan, ilk növbədə, Azərbaycanla məsələləri həll etməlidir: 

“İşğal de-fakto bitə bilər, lakin tərəflər arasında de-yure məsələlər həll olunmayıb. Yəni de-yure həll edilmədikcə, Türkiyə tərəfi Ermənistanla hər hansı bir dialoqa getməyəcək. Bütöv çərçivədə görüşlər olur, sərhəd qapıları da açılacaq, amma ümumi nəticə Azərbaycanla Ermənistan arasında görüşlərə bağlıdır”. 

Analitikə görə, sərhədlərin açılmasına gəldikdə isə bu, hüquqi bir məsələdir:

“Əgər diplomatik münasibətlər olmasa, sərhədlərdən keçid həyata keçirilə bilməz. Qısacası, birincisi, İrəvan Bakı ilə əlaqələrini normallaşdırmalıdır ki, sonrakı mərhələdə Ankara ilə dialoqlara start verilsin. Bu məsələ ilə bağlı istər Prezident Rəcəb Tayyip Ərdoğan, istərsə də xarici işlər naziri Hakan Fidan dəfələrlə bəyan edib ki, Türkiyə sözügedən məsələlərdə nizamlanma olmasa, İrəvanla münasibətlərdə yekun həllə getməyəcək. İşğaldan sonra görüşmələr olsa da, Ankara üçün prioritet məsələ budur”.

Bizimlə əlaqə saxlayın

birbank