31 
10
23
23:43
163

Qəzzadakı hərbi cinayətlərin günahkarlarının cavab verməsi üçün danışıqlar davam edir”

31, 10, 23
23:43
163

Qəzzadakı hərbi cinayətlərin günahkarlarının cavab verməsi üçün danışıqlar davam edir”

“Biz Qəzzanın məzlum və günahsız xalqının hüquqlarını sona qədər müdafiə edəcəyik”
Patrul.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

“Qəzzada törədilmiş hərbi cinayətlərin günahkarlarının qanun qarşısında cavab verməsini təmin etmək üçün danışıqlarımız davam edir. Məzlum və günahsız Qəzza xalqının hüquqlarını hər platformada sona qədər müdafiə edəcəyik.
Oktyabrın 28-də Atatürk Hava Limanında keçirdiyimiz Böyük Fələstin Mitinqi ilə qəzzalı qardaşlarımızın yanında olduğumuzu göstərdik.
1,5 milyondan çox insanın iştirak etdiyi mitinqimiz dünyanın bir çox yerində, xüsusilə də İsraildə yaxından izlənildi.

Məzlumun himayədarı olan ölkəmiz bu məsələdə həssaslığını güclü şəkildə nümayiş etdirdi.
Bazar günü Londondan Parisə, Nyu Yorkdan Berlinə, Pakistandan Livana qədər dünyanın müxtəlif nöqtələrində əxlaq, vicdan və həssaslıqla insanlar məzlum Qəzza xalqı üçün küçələrə çıxdı.
İstanbulda keçirilən mitinqdə iştirak edən siyasi partiya rəhbərlərinə, sənət adamlarına, xarici qonaqlarımıza və 1,5 milyondan çox igid insana bir daha təşəkkürümü bildirirəm”, - deyə Ərdoğan vurğulayıb

Bizimlə əlaqə saxlayın

birbank