15 
10
23
21:23
125

1 gecəyə 100-dən çox hədəf! - İsrail açıqladı

15, 10, 23
21:23
125

1 gecəyə 100-dən çox hədəf! - İsrail açıqladı

Ötən gün İsrail ordusu Qəzza zolağında yerləşən 100-dən çox terror hədəfini vurub.
Patrul.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağında yerləşən yalnız HƏMAS terror təşkilatının hərbi obyektləri hədəfə alınıb.
Qeyd edək ki, həmin gecə radikal HƏMAS qruplaşmasının daha bir yüksəkrütbəli komandiri öldürülüb.

Hazırda İsrail ərazisində həlak olanların sayı 1400 nəfərdir, 3300 nəfər isə yaralanıb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada ölənlərin sayı 2228 nəfərə yüksəlib. 8700 nəfər isə yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Bizimlə əlaqə saxlayın

birbank