13 
10
23
13:30
408

Türkiyə Qəzzaya humanitar yardım göndərdi

13, 10, 23
13:30
408

Türkiyə Qəzzaya humanitar yardım göndərdi

Türkiyə Qəzzaya humanitar yardım göndərib.
Patrul.az” “TRT Haber”ə istinadən xəbər verir ki, humanitar yardıma ərzaq və ilkin zəruri məhsullar daxildir.
Yardım Misirə, oradan isə Qəzzaya çatdırılacaq.
Qeyd edək ki, Türkiyənin XİN rəhbəri Hakan Fidan da bu gün Misirə səfər edəcək və həmkarı Sameh Şükri ilə danışıqlar aparacaq. 

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Bizimlə əlaqə saxlayın

birbank