13 
10
23
07:07
420

İsrail-HƏMAS müharibəsinin 7-ci günü...

13, 10, 23
07:07
420

İsrail-HƏMAS müharibəsinin 7-ci günü...

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 1300-ü ötüb.
Patrul.az” xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb.
Bununla yanaşı, 3300-dən çox insan yaralanıb. 200-dən çox israillinin isə HƏMAS tərəfindən əsir götürüldüyü qeyd olunub.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə isə, Qəzza zolağında 1537 fələstinli ölüb, 6612 nəfər yaralanıb.
Hər iki tərəfdən ölü sayının artacağı istisna edilmir.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.

Bizimlə əlaqə saxlayın

birbank