10 
10
23
08:27
411

“İsraillə Fələstin arasında vasitəçiliyə hazırıq” - Ərdoğan

10, 10, 23
08:27
411

“İsraillə Fələstin arasında vasitəçiliyə hazırıq” - Ərdoğan

“İsraillə Fələstin arasında vasitəçiliyə hazırıq”.
Patrul.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
“Biz həmişə demişik ki, nə İsrail, nə də Fələstin torpaqlarında heç bir günahsız insanın qanının axmasına razıyıq.

Bildirmək istərdim ki, tərəflər tələb edərsə, Türkiyə olaraq hər cür vasitəçiliyə, o cümlədən məhbus mübadiləsinə hazırıq.
Biz İsrail-Fələstin sülhü üçün intensiv diplomatik təmaslarımızı davam etdiririk.
Müharibənin də etiketi, əxlaqı var. Tərəflər buna əməl etməyə borcludurlar. Həmişə dediyimiz kimi, ədalətli sülhün uduzanı yoxdur.

Qəzzanın havadan və qurudan hücumlarla dağıdılması, məscidlərin bombalanması, günahsız uşaqların, qadınların, qocaların və mülki şəxslərin həlak olması heç vaxt qəbuledilməzdir.
Qəzza əhalisinin ehtiyac duyacağı humanitar yardım materiallarının tədarükü üçün hazırlıq işləri görürük”, - deyə Ərdoğan bildirib.

Bizimlə əlaqə saxlayın

birbank