07 
10
23
20:23
109

Türkiyədən İsrail və Fələstinə çağırış - “Gərginlikdən narahatıq”

07, 10, 23
20:23
109

Türkiyədən İsrail və Fələstinə çağırış - “Gərginlikdən narahatıq”

Türkiyə Xarici İşlər Nazirliyi “HƏMAS”ın İsrailə hücumu ilə bağlı bəyanat yayıb.
Patrul.az” nazirliyin saytına istinadən bəyanatı təqdim edir:
“Biz bu gün İsrail və Fələstində baş verən zorakılıq və gərginlikdən narahatıq. Bölgədə əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verir və mülki əhalinin itkisini qətiyyətlə pisləyirik. Zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayaraq, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırırıq.

Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və böyük əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyatı tərəflərlə intensiv təmaslarımızı davam etdiririk.
Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və daha da gecikmədən bu baxışa uyğun olaraq qalıcı həll yoluna çalışmağa dəvət edirik”.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Hazırda İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 100, yaralananların sayı 900 nəfərə çatıb.

Bizimlə əlaqə saxlayın

birbank