07 
10
23
12:49
212

HƏMAS İsrailə qarşı hərbi əməliyyata başladı

07, 10, 23
12:49
212

HƏMAS İsrailə qarşı hərbi əməliyyata başladı

Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
Patrul.az” xəbər verir ki, bu barədə məlumatı “Əl-Cəzirə” yayıb. 
HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Def hərəkatın İsrailə 5000 raket atdığını açıqlayıb. O, bununla yanaşı bütün fələstinliləri silahlanmağa çağırıb. 

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Bizimlə əlaqə saxlayın

birbank