29 
09
23
09:30
308

İtkin düşdüyü bildirilən 77 yaşlı qadının İtaliyada tətildə olduğu məlum oldu

29, 09, 23
09:30
308

İtkin düşdüyü bildirilən 77 yaşlı qadının İtaliyada tətildə olduğu məlum oldu

Fransada xəbər alınmadığı üçün itkin düşdüyü bildirilən 77 yaşlı qadının İtaliyaya istirahətə getdiyi məlum olub.
Patrul.az” xəbər verir ki, bu haqda Fransanın “Le Dauphine Libere” xəbər saytı məlumat yayıb.
Bildirilib ki, Drome bölgəsində yaşayan təqaüdçü fransız qadının qızı polisə zəng edərək bir neçə gündür ondan xəbər ala bilmədiyini deyib.

Polis bölgədəki evində tapılmayan qadın üçün itkin hesabatı açıb. Qadının İsere bölgəsindəki digər evində axtarışa başlayan polislər orada da qadını tapa bilməyib.
Öldüyündən şübhəli bilinən qadın dünən qızına zəng edərək dincəlmək üçün bir neçə günlük İtaliyaya tətilə getdiyini bildirib.

Narahat olduqlarını dilə gətirən qızına yaşlı qadın “vaxt azlığından çamadanlarını hazırlamaqla məşğul olduğu üçün Fransadan getməzdən əvvəl məlumat verməyi unutduğunu”, - söyləyib.
Həqiqət üzə çıxanda qadınla bağlı “itkin” bildirişi götürülüb.

Bizimlə əlaqə saxlayın

birbank