20 
09
23
19:37
136

İranda qum fırtınası səbəbindən bəzi dövlət qurumları bağlandı

20, 09, 23
19:37
136

İranda qum fırtınası səbəbindən bəzi dövlət qurumları bağlandı

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum və toz fırtınaları səbəbindən bəzi dövlət qurumları bağlanıb.
Patrul.az” xəbər verir ki, bu haqda İranın rəsmi agentliyi İRNA-ya danışan Sistan-Bəlucistan fövqəladə hallar rəhbəri Məcid Muhibbi bildirib:

“Sistan-Bəlucistanın şimalındakı Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində qum və toz fırtınası səbəbindən bəzi dövlət qurumları bağlanıb”.
Sistan-Bəlucistan Meteorologiya Baş direktoru Muhsin Heydəri havada tozun miqdarının artması səbəbindən Zabulda 800 metrə, Zehekdə isə 500 metrə qədər görmə qabiliyyətinin azaldığını vurğulayıb.
İran rəsmisi vətəndaşlara, xüsusən də ürək və tənəffüs sistemi xəstələrinə lazım olmadıqca çölə çıxmamağı tövsiyə edib.




Bizimlə əlaqə saxlayın

birbank