18 
09
23
02:21
131

Ərdoğan İlon Maskla görüşəcək

18, 09, 23
02:21
131

Ərdoğan İlon Maskla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskla görüşəcək.
Görüş Nyu-York şəhərində fəaliyyət göstərən “Türk Evi”ndə ABŞ vaxtı ilə saat 17:00-da baş tutacaq.
Ərdoğan İ.Maskla yanaşı, “Coca-Cola”, “Amazon” kimi ABŞ-nin bir çox nəhəg şirkətlərinin investorları ilə də bir araya gələcək.

Qeyd edək ki, Türkiyə Prezidenti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka işgüzar səfərə gedib. O, səfər çərçivəsində ABŞ Prezidenti Co Bayden, BMT baş katibi Antonio Quttereş, eləcə də, bir sıra ölkə liderləri və hökumət nümayəndələri ilə görüşəcək. Prezidentin səfəri sentyabrın 20-də yekunlaşacaq.

Bizimlə əlaqə saxlayın

birbank