16 
09
23
09:19
123

Kanadadan Liviyaya 5 milyon dollarlıq yardım

16, 09, 23
09:19
123

Kanadadan Liviyaya 5 milyon dollarlıq yardım

Kanada hökuməti Liviyada daşqınlardan zərər çəkənlərə dəstək məqsədilə 5 milyon dollar məbləğində humanitar yardım ayırmağa qərar verib.
Patrul.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, Kanadanın beynəlxalq inkişaf naziri Əhməd Hüseyn Liviyaya təcili tibbi yardım, su təchizatı, dezinfeksiya və gigiyena, həmçinin sığınacaq və qeyri-ərzaq malları ilə təminat daxil olmaqla 5 milyon dollarlıq humanitar yardım elan edib.
Qeyd edək ki, sentyabrın 10-u Liviyanın şimal-şərqində müşahidə edilən “Daniel” siklonu ciddi fəsadlara səbəb olub. Çox sayda ev, xəstəxana və digər vacib obyektləri su basıb. Təbii fəlakət nəticəsində 11 mindən çox insan həyatını itirib.

Bizimlə əlaqə saxlayın

birbank