15 
09
23
14:06
134

İstanbulda kafedə atışma - Bir azərbaycanlı yaralandı

15, 09, 23
14:06
134

İstanbulda kafedə atışma - Bir azərbaycanlı yaralandı

İstanbulda kafelərdən birində silahlı insident baş verib.
Patrul.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, motosikletlə hərəkət edən 2 nəfər kafeyə atəş açıb. Kafedə olan bir qrup şəxs də onlara atəşlə cavab verib. 
Hadisə nəticəsində kafedə müştəri qismində olan azərbaycanlı bir şəxs yaralanıb. Xəstəxanaya yerləşdirilən həmin şəxsin həyatı üçün təhlükə olmadığı qeyd edilib. 
Kafedəki şəxslər daha sonra hadisə yerindən qaçsalar da, polis əməliyyat nəticəsində 7 nəfəri saxlayıb. Onlardan altısının isveçli olduğu müəyyənləşib. 
Hazırda motosikletdə olan şəxslərin axtarışları davam etdirilir.

Bizimlə əlaqə saxlayın

birbank