13 
09
23
17:23
123

Liviyada dəhşətli fəlakətin nəticələri: Qalaqlanan meyitlərin çox azı tanınıb - FOTO

13, 09, 23
17:23
123

Liviyada dəhşətli fəlakətin nəticələri: Qalaqlanan meyitlərin çox azı tanınıb - FOTO

Liviyada leysanların səbəb olduğu sel qurbanlarının hesablanması davam edir. Son  məlumatlara görə, həlak olanların sayı 5,3 mini keçib.
Bu barədə ölkənin mülki aviasiya naziri Hişem Şkivat deyib.
Onun sözlərinə görə, çoxlu sayda bina dağılıb, şəhərin 25 faizi yoxa çıxıb.

“Liman şəhəri Dernada iki bənd dağıldıqdan sonra bir çox yaşayış məntəqələri su altında qalıb. Meyitlərin əksəriyyəti dənizə sürüklənib. Təsdiqlənmiş ölənlərin sayı 5300-ü ötüb. Qəbiristanlıqlarda yüzlərlə cəsəd qalaqlanıb, onların çox az hissəsi tanınıb”, - deyə o bildirib.
Nazir, həmçinin hələ də dənizdə, dərələrdə, binaların altında meyitlər tapıldığını vurğulayıb.
Yerli medianın verdiyi məlumata görə, mütəxəssislər daha əvvəl Dernadakı bəndlərin partlaya biləcəyi barədə xəbərdarlıq ediblərmiş. Ancaq leysana görə bu baş verəndə Derna sakinlərinə heç kim xəbər verməyib.


Mənbə: RT


Bizimlə əlaqə saxlayın

birbank