11 
09
23
20:24
139

22 il əvvəl... - Fotolar

11, 09, 23
20:24
139

22 il əvvəl... - Fotolar

Dünyanın ən böyük terror aktlarından biri olan 11 sentyabr hadisələrindən 22 il ötür.
Patrul.az” xarici KİV-ə istinadən xəbər verir ki, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.

“Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.
Faciə nəticəsində təxminən 3 min insan həlak olub.
ABŞ-də sentyabrın 11-də baş verən bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur.
22 il əvvəl həmin gün lentə alınmış fotoları təqdim edirik:









Bizimlə əlaqə saxlayın

birbank