05 
09
23
03:56
159

Hindistanda 2 saatda 61 min ildırım çaxdı - Ölən və yaralananlar var

05, 09, 23
03:56
159

Hindistanda 2 saatda 61 min ildırım çaxdı - Ölən və yaralananlar var

Hindistanın Odişa əyalətində 2 saat ərzində 61 min ildırım çaxıb.
Patrul.az” xarici KİV-ə istinadən xəbər verir ki, ildırım vurması nəticəsində 12 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Hindistan Meteorologiya Xidməti ildırım çaxmasına qarşı vətəndaşları xəbərdar edib, tufanların cümə axşamına qədər davam edəcəyini bildirib.

Xidmət leysan yağışlar səbəbindən 7 bölgədə narıncı, digər bölgələrdə isə sarı həyəcan siqnalı verib.
Qeyd edək ki, Hindistanın şərq bölgələrində musson yağışlarının təsirli olduğu bu aylarda tez-tez ildırım çaxır.
Bildirilir ki, bu gün düşən 61 min ildırım daha əvvəl qeydə alınmayıb.

Bizimlə əlaqə saxlayın

birbank