02 
06
23
20:52
79

Hindistanda yük və sərnişin qatarları toqquşub, 50 nəfər ölüb - YENİLƏNİB

02, 06, 23
20:52
79

Hindistanda yük və sərnişin qatarları toqquşub, 50 nəfər ölüb - YENİLƏNİB

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı yenidən artıb.
"Patrul.az xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.


Hadisə nəticəsində 50 nəfər ölüb, 179 nəfərin isə xəsarət aldığı qeyd olunub.
***
Saat 20:11
Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.
"Patrul.az" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Hadisə nəticəsində 30 nəfər ölüb.
***
Saat 19:50
Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarı toqquşub, ölənlər və xəsarət alanlar var.

"Patrul.az" "express.co.uk"yə istinadən xəbər verir ki, sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.
İlkin məlumata görə, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, 100 nəfər yaralanıb. Qəza Balasore şəhərindəki Bahanaga stansiyasının yaxınlığında baş verib.
Odişadakı Xüsusi Yardım Komissarlığının ofisindən verilən açıqlamada bildirilib ki, qruplar axtarış-xilasetmə əməliyyatı üçün hadisə yerinə yola düşüb.

Bizimlə əlaqə saxlayın

birbank