31 
05
23
08:24
87

Birləşmiş Ərəb Əmirlikləri asteroidlərin içinə kosmik missiya göndərəcək - FOTO

31, 05, 23
08:24
87

Birləşmiş Ərəb Əmirlikləri asteroidlərin içinə kosmik missiya göndərəcək - FOTO

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Kosmik Agentliyi Marsa uğurlu missiyadan sonra Mars və Yupiter arasında yerləşən asteroid qurşağına missiya göndərməyi planlaşdırır.
Beləliklə, BƏƏ hələ də Qırmızı planet ətrafında dövr edən “Hope” (“Ümid”) kosmik gəmisinin uğurunu artırmaq niyyətindədir. İndi növbəti iddialı missiya barədə elan edilib ki, bu da asteroid qurşağına möhtəşəm turun təşkilini nəzərdə tutur.

“Asteroid qurşağına missiya olduqca çətin məsələdir. Maraqlı elm sahəsidir, əməkdaşlıq üçün yaxşı imkanlar var”, - deyə BƏƏ Kosmik Agentliyinin sədri Sara Əl-Əmiri bildirib.
Dubay hökmdarı və Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun şərəfinə “MBR Explorer” adlandırılan kosmik gəminin 2028-ci ildə buraxılması planlaşdırılıb.

Hesablamalara görə, 2030-cu ilin fevralında gəmi diametri 2 kilometrdən çox olan və 30 min km/saatdan çox sürətlə hərəkət edən “Vestervald” asteroidinə çatacaq. Bundan sonra gəmi Mars və Yupiter arasında yerləşən asteroid qurşağındakı daha altı obyektə, o cümlədən eni təxminən 50 km olan “Yustisia” asteroidinə çatacaq.

“Biz asteroidin səthini daha ətraflı öyrənmək istərdik. Bu halda biz onun daxili sıxlığı və strukturu ilə bağlı məlumat əldə etmiş olardıq”, - deyə missiyanın elmi direktoru Xur əl-Mazmi qeyd edib.
Alimlər asteroidlərin yaranması ilə bağlı nəzəriyyələri də təsdiqləmək niyyətindədirlər.














Mənbə: “The New York Times”

Bizimlə əlaqə saxlayın

birbank