30 
05
23
10:08
83

Türkiyə lirəsi dollar qarşısında rekord həddə ucuzlaşıb

30, 05, 23
10:08
83

Türkiyə lirəsi dollar qarşısında rekord həddə ucuzlaşıb

Rəcəb Tayyip Ərdoğanın yenidən prezident seçilməsi və səhmlərin bahalaşmasına baxmayaraq Türkiyə lirəsi (TL) ötən gün dollar qarşısında rekord həddə ucuzlaşıb.
"Patrul.az -Economics" xəbər verir ki, Türkiyədə dollar 20,24 TL səviyyəsinə qədər yüksəlib. Bu gün isə TL 0,5% də dəyər itirib.


Amerikanın investisiya bankı “Morgan Stanley”ə görə, seçkilərdə qalib gələn prezident R.T.Ərdoğan indiki aşağı faiz siyasətinə sadiq qalarsa, türk lirəsinin dollar qarşısında 29 faiz dəyər itirməsi riski var. Ekspertlər hesab edir ki, Türkiyənin pul siyasətində dəyişiklik edilməzsə, dollar qısa müddətdə 26 TL-yə qədər, ilin sonuna kimi isə 28 TL-yə qədər bahalaşa bilər.
Qeyd edək ki, lirə ilin əvvəlindən bəri 8%-ə yaxın dəyər itirib.

Bizimlə əlaqə saxlayın

birbank