25 
05
23
00:52
94

Tina Törner 83 yaşında vəfat etdi

25, 05, 23
00:52
94

Tina Törner 83 yaşında vəfat etdi

Dünyaşöhrətli amerikalı müğənni, aktrisa və yazar Tina Törner 83 yaşında vəfat edib.
Patrul.az” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı məlumatı onun sözçüsü təsdiqləyib.
Törnerin rəsmi sosial media hesabında ölümü ilə bağlı bəyanat da yayılıb:

“Tina Törner  İsveçrənin Sürix yaxınlığındakı Kusnacht şəhərində uzunsürən xəstəlikdən sonra bu gün 83 yaşında vəfat edib”.
Qeyd edək ki, ABŞ əsilli ulduz “The Best”, “Proud Mary”, “Private Dancer” və “What's Love Got to With It” kimi hitləri ilə tanınıb.
O, ilk dəfə 1960-cı illərdə keçmiş əri Ike Turner ilə birlikdə hazırladığı "River Deep”, “Mountain High” adlı klassik mahnıları ilə şöhrət tapıb.






Bizimlə əlaqə saxlayın

birbank