16 
05
23
13:03
87

Seçilmək istəyən 13 milyon qaçqını Türkiyədən çıxarsın - Oğan şərtlərini açıqladı

16, 05, 23
13:03
87

Seçilmək istəyən 13 milyon qaçqını Türkiyədən çıxarsın - Oğan şərtlərini açıqladı

Xəbər verdiyimiz kimi, mayın 14-də Türkiyədə keçirilən prezident seçkiləri ikinci tura qalıb. 
"Patrul.azTürkiyə mətbuatına istinadla bildirir ki, ikinci turda hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Əroğanın və ya CHP lideri Kamal Kılıçdaroğlunun seçilməsi prezidentliyə üçüncü namizəd, ATA Alyansının namizədi Sinan Oğanın kimi dəstəkləməsindən asılı olacaq. 

İlk seçkidə 5,17 faiz səs toplayan Oğan tərəflərə əsas 5 şərtini açıqlayıb. 
Oğan dəstəkləyəcəyi namizəd üçün 5 vazkeçilməz şərt müəyyən edib: 
1) Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi; 
2) 66-cı maddədə türklüyün Konstitusiyadan çıxarılması cəhdinə qarşı sədd qoyulması;
3) 13 milyon qaçqının ölkələrinə göndərilməsi;
4) Faiz spiralından qurtuluş, inflyasiya və son iqtisadi böhranın əsas səbəblərinin aradan qaldırılması;
5) Terror təşkilatları, eləcə də onların siyasi strukturları ilə məsafə. 

Bu şərtlər yerinə yetirilməyənə qədər ikinci mərhələnin keçirilməyəcəyi təklif edilib. Oğan bildirib ki, "FETO, PKK və Hizbullah terror təşkilatları başda olmaq üzrə terror təşkilatları ilə məsafə vazkeçilməzdir, bundan sonra başqa məsələlər müzakirə olunacaq".

Bizimlə əlaqə saxlayın

birbank