14 
05
23
12:14
96

Zəlzələ bölgəsində seçkilər konteynerlərdə keçirilir

14, 05, 23
12:14
96

Zəlzələ bölgəsində seçkilər konteynerlərdə keçirilir

Türkiyənin Ali Seçki Şurası (YSK) ölkənin zəlzələdən zərər görən bölgələrində prezident və parlament seçkilərində səsvermə ilə bağlı bir sıra tədbirlər görüb.

Patrul.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zəlzələ bölgəsində bəzi hissələrdə seçki məntəqələri konteynerlərdə təşkil edilib. 

Məlumata görə, bölgədə zəlzələ zamanı dağılmayan və əvvəllər seçki məntəqəsi qurulan məktəblərdə əvvəlkitək səsvermə prosesi təşkil edilib. Uçan və zərər görən məktəblərin əvəzinə isə konteynerlərdə seçki mənətəqəsi qurulub. 

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Bizimlə əlaqə saxlayın

birbank