27 
04
23
22:06
81

Zəlzələdə ailəsini itirən kişi qızına atəş açıb intihar etdi

27, 04, 23
22:06
81

Zəlzələdə ailəsini itirən kişi qızına atəş açıb intihar etdi

Türkiyənin Adıyaman vilayətinin Besni rayonunda 6 fevral zəlzələsində qaldıqları binanın dağılması nəticəsində həyat yoldaşı və 2 uşağını itirən Ferit Dayan əvvəlcə qızı Asya İrem Dayanın daha sonra isə öz başına atəş açaraq intihar edib.
Patrul.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 12 yaşlı qızın hazırda reanimasiyada olduğu və orada həyat mübarizəsi apardığı bildirilib.

Zəlzələdən sonra depressiyaya düşən və eyni zamanda psixososial dəstək alan müəllim Ferit Dayanın cənazəsi müayinələrdən sonra Besni Dövlət Xəstəxanası morquna aparılıb.
Faktla bağlı araşdırmalar davam edir.

Bizimlə əlaqə saxlayın

birbank