Uşaqlar arasında koronavirusun yayıldığı təhlükəli yaş dövrü açıqlandı
Uşaqlar arasında koronavirusun yayıldığı təhlükəli yaş dövrü açıqlandı
patrul.az xəbər verir ki, uşaqlar bu kateqoriyaya aid edilir.
Almaniyadakı İnfeksiyaları Araşdırma Mərkəzinin alimləri bu qənaətə gəliblər.
Tədqiqatın nəticələrinə görə, əsas daşıyıcılar altı yaşadək olan uşaqlardır. Koronavirusa yoluxmuş bütün nəsillərdən olan insanlarda bioloji mayelərdə, demək olar ki, eyni miqdarda patogen hissəciyin olduğu qeyd edilir. Gənc yaşda daşıyıcıların üçdə biri xəstəliyi başqalarına ötürməyə qadirdir.
Ancaq təcrübədən göründüyü kimi, məktəbəqədər yaşlı uşaqlar nizam-intizamlı şəkildə maskalar taxmağa, üzlərinə toxunmamağa və əllərini müntəzəm olaraq yumağa meyilli deyillər. Həm də uşaqlar tez-tez döşəmə üstündə oynamağı və müxtəlif maraqlı əşyaları ağızlarına vurmağı sevirlər.
Bütün bu amillər alimləri uşaqları COVID-19-u yayanların ən təhlükəli kateqoriyasına aid etməyə əsas verir.
//Oxu.Az