07 
01
20
20:58
437

Gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşürlər - FOTO

07, 01, 20
20:58
437

Gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşürlər - FOTO

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq ölkəmizin rayon və şəhərlərində çağırışçı gənclərin təntənəli yolasalma mərasimləri keçirilir.

patrul.az, Unikal.org-a istinadən xəbər verir ki, tədbirlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli strukturlarının şəxsi heyəti, rayonların icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər. 

Yanvarın 7-də Sabirabad rayonunda keçirilən tədbirin iştirakçıları və çağırışçılar əvvəlcə Sabirabad rayonunun Bayraq Meydanı Muzeyində Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.  

Yolasalma mərasiminin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildiriblər. 
Sonra respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksək olan Azərbaycan əsgərinin işğal altında olan ərazilərimizi hərb yolu ilə azad etmək gücünə malik olduğunu diqqətə çatdırıb. 

SHXÇDX-nin Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesində qazanılan uğurlardan danışıb, hərbi xidmətə yola salınan gənclərin Silahlı Qüvvələrimizin qorxmaz və cəsur əsgərləri olacaqlarına inam ifadə edib. 



Bizimlə əlaqə saxlayın

birbank