10 
02
24
12:54
62

Sülhməramlılar 2025-ci ildə Qarabağdan gedəcək? - Rusiya XİN-dən AÇIQLAMA

10, 02, 24
12:54
62

Sülhməramlılar 2025-ci ildə Qarabağdan gedəcək? - Rusiya XİN-dən AÇIQLAMA

Moskva sülhməramlılarının Qarabağda olması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.

Patrul.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. 

Diplomat rəsmi Moskvanın əvvəllər bəyan etdiyi mövqeyi bir daha təsdiqləyib: "Qarabağda vəziyyətin köklü dəyişdiyini nəzərə alaraq, sülhməramlılarımızın qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur". 

Qaluzinin sözlərinə görə, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır: "Biz yaranan bütün məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin 2025-ci ilin noyabrından sonra uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək mövcudluğu tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq".

Bizimlə əlaqə saxlayın

birbank