20 
04
23
09:54
140

Perulu jurnalist Ermənistanın Azərbaycana qarşı təxribatlarından yazıb

20, 04, 23
09:54
140

Perulu jurnalist Ermənistanın Azərbaycana qarşı təxribatlarından yazıb

Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, tanınmış perulu jurnalist Rikardo Sançesin “Yalnız sərhədləri delimitasiya etməklə Ermənistan və Azərbaycan sülh içində yaşaya bilərlər” sərlövhəli məqaləsi dərc edilib. 

Məqalədə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayət əməlləri və vandalizminə geniş yer verilərək, Ermənistanın bu gün də Azərbaycana qarşı hərbi təxribatlar törətməkdə davam etdiyi və  bununla davamlı sülhə nail olmaq üçün iki ölkə arasında sərhədlərin delimitasiyasının aparılmasına səy göstərmədiyi qeyd olunur.

Məqalədə xüsusilə bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın sərhəd postlarına hücumu, silahsız Azərbaycan əsgərinə qarşı erməni vəhşiliyini əks etdirən videoların yayılması və ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması kəskin şəkildə pislənilir.

Həmçinin, Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə işğal altında saxlaması nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, həmin ərazilərin tamamilə dağıdıldığı və Azərbaycanın maddi-mədəni irsinin vandalizmə məruz qaldığı qeyd olunur. Bu xüsusda müəllif 2021-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı bütün bu vəhşiliklərin canlı şahidi olduğunu bildirir.

Məqalədə, həmçinin, erməni işğalçıları tərəfindən basdırılmış yüzminlərlə minaya rəğmən, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı yenidənqurma və bərpa işlərinin görüldüyü vurğulanır, ölkə başçısının sözlərinə istinad edilərək, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlərin azərbaycanlıların - bu torpaqların sahiblərinin öz doğma dədə-baba torpaqlarına qayıtdığını göstərdiyi qeyd olunur.

Sonda Ermənistan bir daha atəşkəsə və beynəlxalq hüquqa əməl etməyə, yaxın müddətdə sərhədlərin delimitasiyasını həyata keçirməyə çağırılır.

Bizimlə əlaqə saxlayın

birbank