18 
12
19
16:44
375

Tural Gəncəliyev: Qarabağın işğal faktı ermənilərin dili ilə dünyaya çatdırılacaq

18, 12, 19
16:44
375

Tural Gəncəliyev: Qarabağın işğal faktı ermənilərin dili ilə dünyaya çatdırılacaq

Qarabağın işğal faktı ermənilərin dili ilə dünyaya çatdırılacaq.

Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev bildirib.

O, hələlik bu istiqamətdə işlər görülməsə də, ümumi təşəbbüsün olduğunu vurğulayıb:

“İcma olaraq həm daxildə həm də xaricdə bu məsələlərə həssaslıqla yanaşırıq. Düzdür, hələlik  konkret olaraq Azərbaycanda yaşayan ermənilərlə hansısa işlər görülmür, lakin icma olaraq belə bir təşəbbüsümüz var.

Yəni birbaşa olaraq həmin şəxslərin dili ilə Qarabağın ermənilər tərəfindən işğal olunması həqiqətini dünyaya çatdırmaq və ümumulikdə bu istiqamətdə işlərin görülməsi kimi fikirlər mövcuddur. Konkret təkliflər olduqdan sonra yekun qərara gəlib təşəbbüsümüzü qısa zaman ərzində həyata keçirəcəyik”.

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank