14 
06
24
10:05
152

Tramp süni intellektin inkişafının sürətindən narahatdır

14, 06, 24
10:05
152

Tramp süni intellektin inkişafının sürətindən narahatdır

Hazırda süni intellekt həyəcan verici inkişaf templərini nümayiş etdirir.

Bunu Impaulsive Youtube kanalına müsahibəsində ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp deyib.

Nümunə olaraq, o, çıxışa nitq hazırlamaq məsələsini göstərdi - maşın özündən və keçmiş prezidentin hər hansı köməkçisindən daha yaxşı iş gördü.

“Mən heç vaxt belə bir şey görməmişəm. Hər şey çox tez, sözün əsl mənasında bir neçə dəqiqə ərzində hazır idi. Bu qorxuncdur”, - deyə Tramp izah edib.

Tramp süni intellektdən əldə edilən nəticəni “əla” adlandırıb və zarafatla qeyd edib ki, spikerini işdən çıxarmağa və nəticədə çıxışı oxumağa hazırdır.

Mənbə: CNN Türk

Bizimlə əlaqə saxlayın

birbank