14 
06
24
08:16
155

Litva sovet əsgərlərinin dəfnlərinin köçürülməsinə icazə verdi

14, 06, 24
08:16
155

Litva sovet əsgərlərinin dəfnlərinin köçürülməsinə icazə verdi

Litva parlamenti sovet əsgərlərinin dəfnlərinin köçürülməsinə icazə verən qanunlara düzəlişləri qəbul edərək, onları qadağan olunmuş ideologiyanı təbliğ edən ictimai yerlər siyahısına əlavə edib.

Layihənin lehinə 89 deputat səs verib, 5 nəfər bitərəf qalıb, heç kim onun əleyhinə çıxış etməyib.

Sənədə əsasən, məzarlıqların “totalitar, avtoritar rejimlərin və onların ideologiyalarının təbliğatı” kimi tanındığı halda, Mədəni Əmlakın Reyestrinə daxil edilmiş qəbirlərin və qəbiristanlıqların dağıdılmasına qoyulan qadağa aradan qaldırılır.

Bu təşəbbüs Müqəddəs Pyotr və Pavel kilsəsinin girişində dəfn edilmiş 52 sovet əsgərinin qalıqlarının köçürülməsinin tərəfdarı olan Şaulyay şəhərinin sakinlərinə məxsusdur.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

birbank