03 
06
24
07:30
102

Çin Britaniya kəşfiyyatının iki Çin məmurunu işə götürdüyünü bildirdi

03, 06, 24
07:30
102

Çin Britaniya kəşfiyyatının iki Çin məmurunu işə götürdüyünü bildirdi

Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6 iki çinli məmuru işə götürüb.

Bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyi WeChat sosial şəbəkəsində məlumat verib.

Bildirilir ki, Britaniya kəşfiyyatı əvvəllər mübadilə proqramı ilə Britaniyada təhsil almış Vanq soyadlı Çin vətəndaşı ilə işləyirmiş. Onun Zhou soyadlı həyat yoldaşı da Britaniya ilə əməkdaşlıqda şübhəli bilinir.

Açıqlamada Vanqın yüksək ödəniş müqabilində ingilislərə bəzi məsləhət xidmətləri göstərdiyi, bundan sonra MI6 tərəfindən təlim keçdiyi və ÇXR-ə göndərildiyi bildirilib.

Qeyd olunur ki, Vanq və həyat yoldaşı Pekinin təhlükəsizliyinə xələl gətirən məlumatları ingilislərə çatdırıblar.

Mənbə: A Haber

Bizimlə əlaqə saxlayın

birbank