07 
12
19
18:48
402

Android istifadəçilərinə şad xəbər: WhatsApp-da gözlənilən yenilik

07, 12, 19
18:48
402

Android istifadəçilərinə şad xəbər: WhatsApp-da gözlənilən yenilik

Əvvəllər “WhatsApp”da yalnız “iPhone” istifadəçiləri zəng gözləmə xüsusiyyətindən istifadə edə bilirdilər, lakin son yeniləmələrdən sonra sözügedən özəllik artıq hər kəs üçün əlçatan olub.
 
patrul.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq Android istifadəçiləri də zəng gözləmə funksiyası sayəsində bir abunəçi ilə söhbət zamanı başqa zəng xəttinə keçə bilirlər.
 
Tətbiqin yeni versiyası Messencerə daxil olmaq üçün barmaq izi skayneri və söhbətlərə əlavə məhdudlaşdırma seçimi ilə təchiz edilib.
 
WhatsApp-ın təhlükəsizlik sistemində problem olduğu da ortaya çıxıb. Mütəxəssislərin sözlərinə görə, bu yaxınlarda fırıldaqçıların istifadəçi məlumatlarına daxil olmasına imkan verən boşluq aşkarlanıb. Bu istiqamətdə müxtəlif cihazlarda haker hücumlarını həyata keçirməyə kömək edən xüsusi MP4 faylları istifadə olunur.

Bizimlə əlaqə saxlayın

birbank