17 
04
20
21:47
1 012

Koronavirus bu temperaturda 15 dəqiqə yaşayır

17, 04, 20
21:47
1 012

Koronavirus bu temperaturda 15 dəqiqə yaşayır

Fransız alimlər koronavirusla bağlı yeni təcrübələr aparıblar.
 
patrul.az xəbər verir ki, təcrübələrə əsasən, Covid-19-un 92 dərəcə temperaturda da 15 dəqiqə yaşaya bildiyi məlum olub. Aix-Marsielle Universitetinin alimi Boris Pastorino və komandası koronavirus üzərində 10 müxtəlif təcrübə aparıb. 30 və 60 dərəcə temperaturda koronavirusun yoluxuculuq qabiliyyəti azalsa da, yaşadığı müəyyən edilib. Hətta 92 dərəcə temperaturda da 15 dəqiqə yaşayan virus daha sonra tədricən yox olmağa başlayıb.

 Əldə etdikləri nəticələrin rəsmi təsdiqlənməsi üçün gözlədiklərini deyən Pastorino həmin məlumatların laboratoriyada virus üzərində işləyən personalın təhlükəsizliyi üçün ən uyğun protokol qaydasının seçilməsinə kömək edəcəyini bildirib.

İstinad edildi: Qafqazinfo

Bizimlə əlaqə saxlayın

birbank