11 
04
20
13:23
871

11 yaşlı “Mingəçevirli Vandam”: “Evdə qalın, idmanla məşğul olun!” - VİDEO

11, 04, 20
13:23
871

11 yaşlı “Mingəçevirli Vandam”: “Evdə qalın, idmanla məşğul olun!” - VİDEO

Mingəçevirdə yaşayan 11 yaşlı Nihat Ağayevin adı təkcə yaşadığı şəhərdə və ölkəmizdə deyil, onun hüdudlarından kənarda da idman həvəskarlarına yaxşı tanışdır.

patrul.az xəbər verir ki, Niko-Fayt İdman klubunun bacarıqlı yetirmələrindən olan Nihat  kikboksinq üzrə yeniyetmələr arasında ikiqat Azərbaycan çempionu, kunqfu-sanda üzrə ikiqat ölkə çempionu və əlbəyaxa döyüş növləri üzrə Avrasiya çempionu olub. 4 yaşından idmanla məşğul olan bu ulduz idmançının cəmi 7 il ərzində əldə etdiyi nailiyyətlər çoxları üçün qibtəolunacaq bir zirvədir. Üstəlik, qeyri-adi bacarıqları sayəsində o, həm də “Mingəçevirli Vandam” təxəllüsü ilə tanınır. Avtomobili çəkib aparmağı, iki avtomobil üzərində möhtəşəm tryukları ilə məşhurdur.

Qarşıda yeniyetmə idmançını daha böyük və nüfuzlu yarışlar gözləyir. Amma ölkədə koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar tətbiq olunan karantin rejimi səbəbindən müvəqqəti olaraq idman zalından uzaq düşüb. Buna rəğmən, ev şəraitində baş məşqçisinin təlimatı ilə gərgin məşqlərini davam etdirir. Fiziki hazırlığını qorumaq və gücləndirmək üçün böyük həvəslə məşq edir. Yeniyetmə çempion idmançı dostlarını və həmyaşıdlarını da ruhdan düşməməyə,  evdə qalıb idmanla məşğul olmağa səsləyir. 

İstinad edildi: APA TV

Bizimlə əlaqə saxlayın

birbank