29 
03
20
08:00
575

Bosch koronavirusun ekspress-testini hazırlayıb

29, 03, 20
08:00
575

Bosch koronavirusun ekspress-testini hazırlayıb

Komponent tədarükçüsü kimi tanınann Bosch şirkəti koronavirus üçün ekspress-test hazırlayıb. Tibb işçiləri xüsusi cihazdan istifadə edərək testləri keçirdikdən sonra, 2,5 saat ərzində diaqnostik məlumatları əldə edə bilərlər. Normal şəraitdə buna bir-iki gün sərf edilir.

patrul.az xəbər verir ki, Bosch Vivalytic cihazı İrlandiyanın texnoloji şirkəti olan Randox Laboratories ilə birlikdə cəmi altı həftə ərzində hazırlanmışdır. Analizator molekulyar diaqnostika aparmaq üçün universal və tam avtomatlaşdırılmış bir platformadır: həkimə yalnız burun və ya boğazdan selik nümunəsini götürərək bütün zəruri reaktivlər olan xüsusi katricə yerləşdirmək və nəticəni gözləmək lazımdır.


Bosch Vivalytic cihazının dəqiqliyi 95 faizdir və materialın tam təhlili cəmi 2,5 saat çəkir. Eyni zamanda, cihaz təkcə SARS-CoV-2 koronavirusunun mövcudluğunu deyil, eyni zamanda, A və B qripi də daxil olmaqla, doqquz digər respirator xəstəlikləri yoxlayır. Orta hesabla 100 belə cihaz gündə 1000 müayinə aparacaq ki, Bosch mütəxəssislərinin fikrincə, bu, infeksiyanın yayılma sürətini üstələyir. Cihazdan istifadə etmək üçün xüsusi təlim tələb olunmur, buna görə də, Vivalytic cihazını istənilən ölkənin həkimləri istifadə edilə bilərlər.

İstinad edildi: autograph

Bizimlə əlaqə saxlayın

birbank