09 
03
20
09:00
405

Nokia 5G cihazlarının istehsalına 500 milyon avro vəsait xərcləyəcək

09, 03, 20
09:00
405

Nokia 5G cihazlarının istehsalına 500 milyon avro vəsait xərcləyəcək

Nokia şirkəti tərəfindən hazırlanacaq 5G cihazlarına xərclənəcək məbləğ gözləniləndən də yüksək olub. 
 
patrul.az xəbər verir ki, bu haqda şirkət nümayəndələri məlumat yayıb.
 
Məlumata görə, Nokia 5G texnologiyasının inkişafı üçün 500 milyon avro dəyərində kredit götürüb.
 
Şirkət nümayəndələri bildiriblər ki, Avropa investisiya bankından götürülən məbləğ Nokia-nın 5G bazarındakı dəyərini artıracaq.
 
Qeyd edək ki, Nokia-nın ötən həftə təyin olunan baş direktoru Pekka Lundmark çıxışında şirkəti 5G istehsalında ön sıralara çıxaracaqlarını bildirmişdi.
 
Məlum olduğu kimi, bu gün 5G smartfon bazarında texnologiya nəhngləri arasında olduqca ciddi rəqabət mövcuddur. Fərqli analitiklər bu sferada aparılan texnoloji savaşda Huawei, Apple, Samsung şirkətlərini dünya liderləri adlandırırlar. Ümumi qənaətə görə isə ötən ilin sonu və bu ilin əvvəlində  bazarın əsas lideri Huawei şirkəti olub. 
 
Bəzi ekspertlər Nokia-nın yaxın 5 il ərzində illk beşliyə düşməsinə dair ümidsiz olsa da, ABŞ bazarına girişin Huawei-ə qadağan edilməsi Avropa brendini gücləndirə bilər.

İstinad edildi: TED.az

Bizimlə əlaqə saxlayın

birbank