01 
02
20
01:40
325

Çində koronavirusa yoluxanlara robot xidmət göstərir - VİDEO

01, 02, 20
01:40
325

Çində koronavirusa yoluxanlara robot xidmət göstərir - VİDEO

Çində koronavirus səbəbilə karantin altına alınanların köməyinə robotlar yetişib.
 
patrul.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin Hanqzhou şəhərində koronavirusa yoluxduqları ehtimal edilən insanların karantində saxlanıldığı hoteldə "Balaca Fıstıq" adlı robot insanlara yemək paylayır.
 
Robot xidmət əsnasında "Hamını salamlayıram. Sevimli "Balaca Fıstıq" indi yeməklərinizi paylayır. Nuş olsun. Nəyəsə ehtiyacınız olsa, lütfən, xidməti personala "WeChat"la mesaj yazın" deyir.
 
Xəbərdə qeyd olunur ki, hər mərtəbəsində ən azı bir robotun xidmət göstərdiyi onaltımərtəbəli hotelde hazırda 300-dən çox şəxs karantin altındadır.

Bizimlə əlaqə saxlayın

birbank