16 
11
19
15:14
341

Redmi K30 modelinin çıxışının təxmini tarixini açıqladı

16, 11, 19
15:14
341

Redmi K30 modelinin çıxışının təxmini tarixini açıqladı

Məlumat Xiaomi-nin vitse-prezidenti və Redmi-nin marka rəhbəri Lu Veybing tərəfindən şəxsən nəşr olunub



Mobil sənayenin yenilikləri haqqında etibarlı məlumatları müntəzəm olaraq dərc edən şəbəkə informatoru Mukul Şarma (Mukul Sharma) Redmi K30-un çıxış tarixi haqqında məlumatlar yayımlayıb.


patrul.az xarici mətbuata istinadən xəbər verir ki, məlumat Xiaomi şirkətinin vitse-prezidenti və Redmi brendinin rəhbəri Lu Veybinq (Lu Weibing) tərəfindən şəxsən dərc edilib. O, Weibo sosial şəbəkəsində pərəstişkarlarla ünsiyyət qurarkən qeyd edib ki, beşinci nəsil şəbəkələrin dəstəyi ilə ilk smartfonun hazırlanması zamanı şirkət bir sıra çətinliklərlə üzləşməli olub.



“5G istifadəçilərinə ən yaxşı keyfiyyətə malik smartfonu təqdim etmək üçün onun çıxışını növbəti ilə təxirə salmalı olduq”, - deyə, Redmi bölməsinin lideri Lu Veybing bildirib.



Qeyd etmək lazımdır ki, bu barədə əvvəllər də məlumat verilmişdi, lakin indi rəsmi olaraq təsdiqlənib.



Redmi K30-un çıxışı gələn ilin birinci rübündə gözlənilir.

Bizimlə əlaqə saxlayın

birbank