05 
08
23
21:54
94

İnfarkt riskini 38 faiz azaldan məhsul

05, 08, 23
21:54
94

İnfarkt riskini 38 faiz azaldan məhsul

Kanadanın Saskaçevan və Manitoba Universitetinin alimləri müəyyən ediblər ki, paxlalı bitkilər yemək infarkt riskini 38% azaldır, həmçinin bağırsaq sağlamlığını, şəkərə nəzarəti yaxşılaşdıra və əzələ kütləsini saxlamağa kömək edir.
Patrul.az xəbər verir ki, araşdırmanın nəticəsi “Foods” jurnalında dərc olunub.
Məlumata görə, gündə bir porsiya lobya yemək miokard infarktı riskini 38% azaldır.

Bundan başqa, yerfındığı və digər paxlalı bitkilərin istehlakı ürək-damar xəstəlikləri riskini azaldır. 
Paxlalılar insulinə həssaslığı azaldaraq diabetli xəstələrdə şəkərə nəzarəti yaxşılaşdıra bilər.
Bundan əlavə, kifayət qədər protein qəbulu toxluq hissinə kömək edir. Bu baxımdan paxlalılar buğda və düyüdən daha faydalıdır. Paxlalılar əzələ kütləsinin böyüməsi və saxlanması üçün də vacibdir.
O cümlədən, paxlalı bitkilərin iltihablı bağırsaq xəstəliyində və kolorektal xərçəngdə faydalı olduğu sübut edilib. 

Bizimlə əlaqə saxlayın

birbank