05 
08
23
11:08
78

“Threads” sosial şəbəkəsi rəqibinə çatmaq üçün yeni alətləri işə salır

05, 08, 23
11:08
78

“Threads” sosial şəbəkəsi rəqibinə çatmaq üçün yeni alətləri işə salır

“X”ə (keçmiş “Twitter”) rəqib kimi tanınan “Threads” sosial şəbəkəsi yaxın həftələrdə axtarış funksiyasını və tətbiqin veb-versiyasını işə salacaq.
"Patrul.az" ​bildirir ki, ​​​ ​b​​​u barədə sosial şəbəkədəki səhifəsində “Meta” şirkətinin rəhbəri Mark Zukerberq məlumat verib.
“Axtarış və veb-versiya yaxın bir neçə həftə ərzində əlçatan olacaq”, - deyərək o, komandanın işindən həzz aldığını vurğulayıb.
Qeyd edək ki, “Threads” proqramı iyulun 5-dən istifadəyə verilib. Yeni sosial şəbəkənin abunəçilərinin sayı həmin andan bir sutka ərzində 30 milyona çatıb.
Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

birbank