02 
07
23
11:52
170

"WhatsApp" da çoxdan gözlənilən - YENİLİK

02, 07, 23
11:52
170

"WhatsApp" da çoxdan gözlənilən - YENİLİK

"WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi "QR kod" ilə cihazlar arasında mesaj köçürmə xüsusiyyətini istifadəyə verib.

"Patrul.az"  Trend-ə istinadən bildirir ki, bu yolla artıq mesajları buludlara, daha sonra yeni cihaza yükləməyə ehtiyac qalmayacaq. Xüsusiyyət eyni əməliyyat sistemlərində istifadə edilə bilər.

Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:

1. "WhatsApp" tətbiqini söhbətləri köçürəcəyiniz ikinci telefona quraşdırın.

2. Eyni telefon nömrəsi ilə qeydiyyatdan keçin.

3. Köhnə telefonunuzda "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

4. Növbəti ekranda "Söhbət" xanasını seçin.

5. İndi "Söhbətləri köçürmə" xanasını seçin.

6. Başlat düyməsini sıxın.

7. Daha sonra köhnə telefonunuzda yaradılmış "QR kod"unu yeni telefonunuzdan skan edin.

8. Təlimatlara əməl edin və köçürmənin tamamlanmasını gözləyin.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Bizimlə əlaqə saxlayın

birbank