23 
05
23
16:21
107

Füzulidə arabası ilə basdırılmış hökmdarın məzarı tapılıb

23, 05, 23
16:21
107

Füzulidə arabası ilə basdırılmış hökmdarın məzarı tapılıb

“Füzulidə 3 kurqanda qazıntı işləri aparılıb”.
Patrul.az" xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

O bildirib ki, sözügedən kurqanlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun təxminən 700-800 metr yaxınlığında yerləşir.“Bura böyük kurqan çölüdür və 3 min yaşı olan hökmdar kurqanları var. Eramızdan əvvəl l minilliyin VIII-VII əsrlərinə aiddir. Araşdırmalarımız zamanı məlum olub ki, burada hökmdarı arabası ilə birlikdə dəfn ediblər.

Araba təkərlərinin, atlarının, silah-sursatının qalıqları aşkarlanıb. Burada tapılan materialların böyük hissəsi bizim fondda saxlanılır, bir hissəsi isə hələlik Tarix Muzeyinə təhvil verilib”.

Bizimlə əlaqə saxlayın

birbank