18 
05
23
16:24
102

Azərbaycanda insan idarəetməsi olmayan robot teknikası təqdim edilir - FOTOLAR

18, 05, 23
16:24
102

Azərbaycanda insan idarəetməsi olmayan robot teknikası təqdim edilir - FOTOLAR

Azərbaycanda bağçılıq və üzümçülükdə ilk dəfə insan idarəetməsi olmayan robot teknikası təqdim edilir.
Patrul.az” xəbər verir ki, dünyaca məhşur İtalyan markası Maschio Gaspardo innovativ özüyeriyən Icaro X4 robot texnikasını bu il 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində təqdim edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində həmin sərgii ilə tanış olublar.
Hər il olduğu kimi bu il də sərgidə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və məhsulları ziyarətçilər üçün sərgilənib.

Ötən illərdən fərqli olaraq bu il sərgidə daha çox diqqət ekoloji və iqtisadi cəhətdən səmərəli texnika və texnologiyalara ayrılıb.
Üzümçülükdə yenilik olan bu texnika üzüm bağlarında göbələk xəstəliklərinin profilaktikası məqsədilə istifadə edilən ilk dünya hybrid robotudur.

Robotun UV-C ultrabənövşəyi şüaları üzüm sahəsində mövcud olan zərərvericiləri məhv etməklə təsərrüfatda əlavə kimyəvi vasitələrinin istifadə edilməsinə ehtiyac yaratmır və nəticədə ekoloji cəhətdən sağlam məhsul yetişdirilir.

Robot texnikasının ultrabənövşəyi UV-C şüalar hesabına işlədiyi üçün ekonomik olmaqla yanaşı, ətraf mühit və insan sağlamlığına tam zərərsizdir. Bu yüksək innovativ texnikaya sahib olmaqla təsərrüfat sahibləri üzümçülük sahələrini kimyəvi maddələrdən qorumağa nail olacaqlar. Robotun digər üstünlüyü sahədə gecə və gündüz avtomatik rejimdə sputnikdən alınan siqnallar vasitəsiylə sürücüsüz idarətetmə rejiminin olmasıdır.

Icaro X4 robot texnikası avtomatik idarəetməsi nəticəsində işçi resurslarına qənaət etməklə xərclərin azaldılmasına səbəb olur.

Bizimlə əlaqə saxlayın

birbank