18 
05
23
05:51
100

“WhatsApp”dan istifadəçilərə əyləncəli yenilik

18, 05, 23
05:51
100

“WhatsApp”dan istifadəçilərə əyləncəli yenilik

“WhatsApp” mesenceri istifadəçilər üçün yeni funksiya təqdim edir. Belə ki, bundan sonra çatda hissləri daha “canlı” təqdim etmək mümkün olacaq.
Yenilik animasiyalı emojilərlə bağlıdır. 

İlkin olaraq azı altı animasiyalı emoji görünəcək. Bunlar gözü yaşarana kimi gülən, yüksək səslə ağlayan, gözü yaşlı, ağzı açıq üzlər, həmçinin qırmızı ürək və atəş emojiləri olacaq. Ekspertlərin fikrincə, məhz bu emojilərin seçilməsi onların istifadəçilər arasında yüksək populyarlığı ilə bağlıdır.

O da vurğulanır ki, animasiya ekranının keyfiyyəti kifayət qədər yüksək olacaq.
Mütəxəssislər hesab edirlər ki, yazışmalardan yayındırdığı üçün animasiya emojilərini heç də bütün istifadəçilər bəyənməyə bilər.

Məlumata görə, funksiya hələ inkişaf mərhələsindədir və bütün istifadəçilər üçün buraxılış tarixi hələlik açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın

birbank