05 
05
23
13:53
105

Bu tarixlərdə meteor yağışı yağacaq

05, 05, 23
13:53
105

Bu tarixlərdə meteor yağışı yağacaq

Mayın 5-6-da “Eta-Akvarid” adlı meteor yağışı yağacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının “Patrul.az"-a verilən məlumatına görə, həmin yağış mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq.
İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.
Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.
“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir.
Qeyd edək ki, yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir.

Bizimlə əlaqə saxlayın

birbank