25 
04
23
13:22
107

AZAL və “YAŞAT” Fondu şəhid övladları üçün ekskursiya təşkil etdi - Fotolar

25, 04, 23
13:22
107

AZAL və “YAŞAT” Fondu şəhid övladları üçün ekskursiya təşkil etdi - Fotolar

AZAL-ın və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiya reallaşdırılıb.
Patrul.az” xəbər verir ki, zəngin və maraqlı proqram çərçivəsində ekskursiya iştirakçıları hava limanının necə çalışdığını ətraflı öyrənib, təyyarələri canlı izləyiblər. Həmçinin onlara hava limanının fəaliyyətində iştirak edən xidmətlərin işi barədə məlumat verilib.
Belə ki, gənc qonaqlar hava gəmilərinə texniki xidmət anqarını ziyarət edib, hava limanının kinoloji və yanğından mühafizə xidmətinin fəaliyyəti ilə tanış olublar.

Ekskursiyanın kulminasiyası kimi “Boeing 787 Dreamliner” hava gəmisinə baş çəkən iştirakçıların pilot və təyyarə bələdçisi peşələri barədə sualları cavablandırılıb. Onlar hava gəmisinin pilot kabinəsində özlərini pilot kimi hiss ediblər.












Bizimlə əlaqə saxlayın

birbank