21 
04
23
17:12
133

ÜST tənhalıqla bağlı komissiya yaradır

21, 04, 23
17:12
133

ÜST tənhalıqla bağlı komissiya yaradır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalıqla bağlı məsələləri araşdırmaq üçün komissiya yaratmaq niyyətindədir.

Patrul.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ÜST nümayəndəsi Etyen Kruq açıqlayıb.

Onun sözlərinə görə, sözügedən komissiya əsas olaraq tənhalığın təsnifatının və indeksinin yaradılması ilə məşğul olacaq

Kruq qeyd edib ki, tənhalıq və sosial təcrid uzun müddət qeyri-ciddi problem hesab edilib. Lakin hazırda bu problemlə həm yaşlılar, həm də gənclər üzləşir. O bildirib ki, bir çox ölkələr bu məsələyə kifayət qədər diqqət ayırmırlar. 
Komissiyanın yaxın 2-3 ay ərzində yaradılacağı gözlənilir.




Bizimlə əlaqə saxlayın

birbank