18 
12
19
18:04
313

Məqsədini saçı və dişi ilə dartan balaca pəhləvan - VİDEO

18, 12, 19
18:04
313

Məqsədini saçı və dişi ilə dartan balaca pəhləvan - VİDEO

Onur Bədəlovun 10 yaşı var.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, süjetimizin qəhrəmanı Salyan rayonunun Xıdırlı kəndində yaşayır.

Onur kiçik yaşlarından qəribəlikləri ilə seçilib. Məsələn, bu kadrlarda onun çılpaq bədənlə qarlı-şaxtalı havada necə oynadığını görürsünüz.

Atası Suvar Bədəlovun çəkilişidir bu. Elə o vaxtdan bu uşağın böyüyüb fiziki cəhətdən güclü və sağlam olacağını təxmin edənlər var idi.

Bəli, indi bu oğlan digər həmyaşıdlarından bütün parametrlərinə görə fərqlənir. 25 kiloqram çəkisi ilə özündən 100 qat ağır yükü dartır. Həm də dişi və saçı ilə.

Arzuları isə… Əslində 10 yaşında uşağın arzuları deyil, daha ağır yüklərin altına girməyi düşünür. Bir də “Ginnesin rekordlar kitabına yazdırmaq istəyir adını.

Biləyinə, ürəyinə qüvvət - Onur!

patrul.az

Bizimlə əlaqə saxlayın

birbank