05 
05
24
23:35
425

"Azercell"dən ölkə turizm inkişafına zərbə - "Relax" Ailəvi İstirahət Mərkəzini internetsiz qoyub

05, 05, 24
23:35
425

"Azercell"dən ölkə turizm inkişafına zərbə - "Relax" Ailəvi İstirahət Mərkəzini internetsiz qoyub

Yay fəsili yaxınlaşdıqca insanlar demək olar ki, vaxtlarını şəhərdən kənarda keçirməyə üstünlük verirlər. Dövlət qurumlarının əməkdaşların çox hissəsi də demək olar yay aylarında məzuniyyətə çıxırlar. 

Təbii ki, ildə bir dəfə bir neçə günlük məzuniyyətdə olan dövlət qurumlarının əməkdaşları da istəyər ki, bu günlərini səmərəli şəkildə, normal istirahət etsinlər. 

İstər ölkəmizə gələn turistlərin, istər ölkə vətəndaşlarının ən çox üz tutacağı məkanlardan biri də cənub bölgəsidir. Cənub bölgəsində istirahət deyiləndə insanın ağlına gələcək ilk yerlərdən biri də Lerik rayonunda yerləşən “Relax” Ailəvi İstirahət Mərkəzidir. 

Bir neçə gün əvvəl bir neçə media nümayəndəsi ilə bu məkanda olduq, istirahət mərkəzinin vətəndaşlara göstərdiyi qayğı və xidmətlərinə heç bir narazılığımız ola bilməz. 

Bir qlobal problem var idi, o da istirahət mərkəzinə daxil olanda nəinki internet şəbəkəsinin olmaması, demək olar telefon şəbəkəsi belə bərbad halda idi.  Məsələnin mahiyyətini soruşanda isə məlum oldu ki, problem “Relax” Ailəvi İstirahət Mərkəzində yox “Azercell” şəbəkəsindədir. 

Azərbaycanın ilk mobil operator şirkəti olan bu şəbəkə məkana yerləşdirdiyi paylayıcı internet texnalogiyasının müqavilə şərtlərini pozub və sözü gedən məkanın aylıq ödənişini etmədiyi üçün məkan tərəfindən paylayıcı internet dayandırılıb. 

Bu da təbii ki, nəinki istirahət məkanına gələn vətəndaşlara,  hətta həmin ərazinin böyük bir hissəsində internetin şəbəkə problemi yaranıb. Yaxınlıqda olan obyektlərə belə sözü gedən problem  təsir edir.

Bu da o deməkdir ki, günü-gündən turizm sahəsində inkişaf edən ölkəmizə “Azercell” biabırçı süni manelər və əngəllər yaradır. 

Bu yazıdan sonra ümidvarıq ki, sözügedən problem tez bir zamanda öz həllini tapacaq. 

“Azərbaycan Reallığı” məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır

Bizimlə əlaqə saxlayın

birbank