06 
03
24
22:58
314

UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - FOTO

06, 03, 24
22:58
314

UEFA-dan “Qarabağ” - “Bayer” matçı ilə bağlı diqqətçəkən paylaşım - FOTO

UEFA Avropa Liqasının sosial şəbəkə hesabları “Qarabağ” - “Bayer” oyunu ilə bağlı paylaşım edib.

“Patrul.az” xəbər verir ki, paylaşımda bildirilib: 

“UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda  4-cü gün Bakıda görüşəcək”. 

Paylaşımda bu mövsüm ölkə çempionatında və Avropa Liqasında ümumilikdə son 5 matçda ən yaxşı nəticələr əldə edən komandalar yer alıb. Leverkuzen təmsilçisi 5 oyundan 5 qələbə ilə siyahının ilk pilləsində qərarlaşıb. “Qarabağ” 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə yer alıb.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.




Bizimlə əlaqə saxlayın

birbank